«Google ilə davam et» və ya email və şifrə ilə daxil olun. Email ilə qeydiyyatda emailinizə gələn linklə ünvanı təsdiqləyin. Rayonunuzu seçsəniz, yaxın mağazalar daha rahat tapılır.
Ana səhifədə rayonunuzu seçin və mağazanı siyahıdan və ya «Xəritə»dən açın. Məhsulu axtarışda da tapa bilərsiniz — nəticədə məhsulun hansı mağazalarda olduğu, qiyməti və bonus faizi görünür.
Məhsulda «Səbətə əlavə et» basın. Çəki ilə satılan məhsulda miqdarı kq ilə seçin. Sonra «Səbətə bax» ilə səbəti açın. Səbət hər mağaza üçün ayrıdır.
Mağaza hansı üsulları təklif edirsə, onlar görünür:
Seçin: «Çıxarın, qalanını göndərin», «Mənimlə əlaqə saxlayın» və ya «Bütün sifarişi ləğv edin». Mağaza seçiminizə əməl edir.
Aktiv bonusunuz varsa və mağaza bonus qəbul edirsə, «Bonusumu istifadə et» ilə məbləğin bir hissəsini bonusla bağlayın.
İlk sifarişdə adınızı və telefonunuzu yazın. Düymənin üstündə mağazanın qaytarma şərti göstərilir. Özünüz götürəcəksinizsə, sizə götürmə kodu verilir — onu sifarişin səhifəsində QR kod kimi də görürsünüz.
Bonusla bağlanmayan məbləği malı alanda ödəyirsiniz: özünüz götürəndə mağazada, kuryerlə çatdırılmada kuryerə nağd.
«Hesabım → Sifarişlərim»: «Təsdiqləndi», «Paketləndi», «Yola salındı», «Təhvil verildi». Çatdırılan sifarişi alanda «Təhvil aldım» basın. Sifariş çatmayıbsa, «Almamışam» bildirin.
Sifarişi verdiyiniz andan 24 saat ərzində, sifariş hələ yola salınmayıbsa, «Hesabım → Sifarişlərim» bölməsində ləğv edə bilərsiniz. Bonusla ödənən hissə balansınıza qayıdır.
Qaytarma və şikayət sifarişin səhifəsindən göndərilir. Mağaza 48 saat ərzində cavab verir.