Ana səhifəKataloqXəritəSəbətHesabım

Haqqımızda

Ana səhifə›Haqqımızda

Haqqımızda

Platforma — yaxınlıqdakı mağazalardan onlayn sifariş vermək və hər alışdan bonus qazanmaq üçün xidmətdir. Mağazalar öz məhsullarını, qiymətlərini və stokunu özləri idarə edir. Platforma sifarişi, bonusu və mağaza ilə müştəri arasında əlaqəni təmin edir.

Müştərilər üçün

Rayonunuzun mağazaları bir yerdə. Ana səhifədə rayonunuzu seçin, mağazanı siyahıda və ya «Xəritə»də tapın. Axtarışda məhsulun hansı mağazada olduğu, qiyməti və bonus faizi görünür.

Çatdırılma və ya özün götür. Mağaza hansı üsulu təklif edirsə, səbətdə onu seçirsiniz: «Özüm götürəcəm» (götürmə kodu ilə), «Kuryerlə çatdır» və ya «Yol üstü göndər». Bonusla bağlanmayan məbləği malı alanda ödəyirsiniz.

Bonus kartı. Bonus verən mağazadan hər alışda bonus qazanırsınız — onlayn sifarişdə də, mağazanın kassasında da. Bonus kartı telefonunuzdadır: ana səhifənin yuxarısında. Kassada barkodu və ya QR kodu göstərin, alış kartınıza yazılsın. Aktiv bonusu növbəti alışda xərcləyə bilərsiniz.

Dəvət et. «Hesabım → Dəvət et» bölməsindəki linklə dostlarınızı dəvət edin: onların alışlarından sizə də bonus payı düşə bilər.

Bizneslər üçün

«Biznesini qoş» səhifəsindən müraciət göndərin: mağazanın adı, hüquqi məlumatı və fəaliyyət sahəsi. Müraciət təsdiqlənəndən sonra mağaza paneli açılır.

Mağaza panelində: onlayn sifarişlər, kassa (mağazada satış, bonus vermək və xərcləmək), ortaq kataloqdan məhsullar, bonus faizi və kampaniyalar, komanda (filial rəhbəri, işçi, satış kassiri) və aylıq hesabatlar.

Bir neçə ünvanınız varsa, filial aça bilərsiniz; başqa sahədə ayrıca biznesi də eyni hesabdan əlavə etmək olar. Hər filialın öz sifarişləri, kassası və hesabatı olur.

Hazırda mal satışı üzrə müraciətlər qəbul olunur. Xidmət sahələri (məsələn, gözəllik salonu, təmir) üzrə müraciət gözləmə siyahısına düşür.

Necə işləyir

1. Daxil olun və rayonunuzu seçin.

2. Mağazanı seçin və məhsulları səbətə əlavə edin.

3. Çatdırılma üsulunu seçin və «Sifarişi təsdiqlə» basın.

4. Mağaza sifarişi hazırlayır. Statusu «Hesabım → Sifarişlərim» bölməsində izləyin.

5. Sifarişi alın. Bonus təhvildən sonra kartınıza yazılır.

Dəstək

Sualınız varsa, saytdakı kömək (çat) düyməsini basın: hazır cavablara baxın və ya sualınızı yazın. Kömək etmədikdə «Operatora yaz» ilə komandamıza müraciət edin. Tez-tez verilən suallar FAQ səhifəsindədir.

Məhsul şəkillərinin bir hissəsi: Open Food Facts (CC BY-SA) · Lisenziya: CC BY-SA 3.0

Platforma

Rayon tərəfdaş mağazalar — sifariş, bonus, çatdırılma

Müştərilər üçün

HaqqımızdaFAQBonus necə işləyirNecə sifariş vermək olarKampaniyalar

Mağaza sahibləri üçün

Biznesini qoş

Platforma

Əlaqə: info@platforma.az+994 XX XXX XX XXİstifadə şərtləriMəxfilik siyasəti
© 2026 Platforma. Bütün hüquqlar qorunur.Məhsul şəkillərinin bir hissəsi: Open Food Facts (CC BY-SA)Lisenziya: CC BY-SA 3.0
Platforma
Biznesini qoş
Daxil ol
Ana səhifəKataloqXəritəKampaniyalarBonus necə işləyirNecə sifariş vermək olar
Yaxınımdakı mağazalar